Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı

Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı

Son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

Aktual.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: “İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.

G.Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: “Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR