Nazirlik işçi axtarır

Nazirlik işçi axtarır

Azərbaycan Təhsil Nazirliyi bəzi dərsliklərin gürcü dilinə tərcüməsinin keyfiyyətinin eskpertiziasını aparmaqdan üçün gürcü dili üzrə mütəxəssis axtarır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası aparılacaq.

Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq.

Xidmət üzrə tələb olunan mütəxəssis seçimi zamanı müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara, pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcək.

Xəbər 605 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR