Nazirlik: "Hökumət Azərbaycanda pambıqçılığın inkişafını dəstəkləyəcək"

Nazirlik:

Hökumət Azərbaycanda pambıqçılığın inkişafına əlavə dəstək göstərməyə hazırdır.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyindən deyiblər.

Nazirlikdən qeyd ediblər ki, pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında maliyyə dəstəyi veriləcək: "Fermerlərə kreditlər veriləcək. Bundan başqa, fermerlər onlardan pambıq alacaq pambıq emalı müəssisələri ilə müqavilələr bağlayacaqlar".

Qurumdan bildiriblər ki, emal müəssisələrinə də kreditlər veriləcək: "Müəssisələrə də kreditlər veriləcək ki, onlar fermerlərdən pambıq ala bilsin. Fermerlərə kreditlər əkin, şirkətlərə isə məhsul yığımı dövründə veriləcək".

Nazirlikdən deyiblər ki, fermerlər üçün kreditin şərtləri məqbul olacaq: "Fermerlərə kreditlər olduqca uzun müddətə veriləcək. Qısamüddətli kreditlər ümumilikdə, adətən, 3 il müddətinə ayrılır. Bu, əkindən son məhsulun əldə edilməsinədək bütün dövrü əhatə edəcək, məbləğin bir qismi isə hətta növbəti illərə qalır".

Qurumdan əlavə ediblər ki, bu sahəyə əvvəllər də kredit ayrılıb, lakin hazırda kreditləşmənin həcmi artacaq: "Müəssisələr daha əvvəl fermerlərin xərclərinin cəmi 10-30 faizini qarşılaya bilirdi. Lakin kreditləşmə emal müəssisələrinə xərclərin böyük hissəsini ödəməyə imkan verəcək".

Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR