Nazirlik 12 min 350 ahıl və əlilə yardım edib

Nazirlik 12 min 350 ahıl və əlilə yardım edib


12 350 nəfər ahıl və əlil vətəndaş evlərində (səyyar) məişət xidməti ilə təmin olunub. Onlardan 9974 nəfərini qadınlar, habelə 1007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Elman babayev bildirib ki, sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər.

Müvafiq qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.

Şöbə müdri onu da qeyd edib ki, hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR