Nazirlərin görüşünə hazırlıq gedir – Leyla Abdullayeva

Nazirlərin görüşünə hazırlıq gedir – Leyla Abdullayeva

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş üçün hazırlıq işləri görülür.

Aktual.az xəbər verir ki, bunu brifinq zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib.
"Dağlıq Qarabağ məsələsinin həllinə dair Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gündəmdədir”, - deyən L.Abdullayeva bu məsələnin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri zamanı da müzakirə olunduğunu qeyd edib.
"Görüşün dəqiq yeri və tarixi hələlik təyin olunmayıb", - XİN sözçüsü bildirib.
Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR