Nazir: "Müəllimlərin işə qəbulu bu il də eyni qaydalarla keçiriləcək"

Nazir:

"Müəllimlərin işə qəbulu mərhələli şəkildə həyata keçirilir. Bu il də qaydalar əvvəlki kimi olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ilk olaraq mövcud vakansiyalar sistem daxilində olan müəllimlər üçün açılır: "Sistem daxilində olan və ailə vəziyyəti ilə əlaqədar, yaxud da hansısa səbəbdən yaşayış yerini dəyişən müəllimlər vakant yerləri seçərək müsabiqədə iştirak etmək hüququ qazanırlar. Bir qayda olaraq biz bunu iyun ayında keçiririk. Hesab edirəm ki, bu il də müsabiqə eyni ayda baş tutacaq".
Nazir əlavə edib ki, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə mərhələsində dəyişiklərin olması nəzərdə tutulmur: "Ötən il ilk elan edilən vakansiyalar zamanı deyil, ikinci yerləşdirmə zamanı iş qazanan və müvəqqəti əsaslarla işə qəbul olunan müəllimlər üçün daimi işləmək şəraiti yaradılıb. Artıq bu tədris ilinin əvvəlindən həmin müəllimlər işə başlayıblar". 
 
Aktual.az
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR