Nazir ipoteka kreditlərinin veriləcəyi vaxtı açıqladı

Nazir ipoteka kreditlərinin veriləcəyi vaxtı   açıqladı

Dövlət ipoteka kreditləşməsi İpoteka Fondunun yenidən qurulması ilə bağlı hüquqi sənədlərə baxılması prosesi başa çatandan sonra mümkün olacaq.

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov ipoteka kreditlərinin gələn aydan bərpası ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandırarkən deyib.

"Büdcədə ipoteka üçün nəzərdə tutulan vəsait var. İpoteka Fondunun yenidən qurulması üzrə müəyyən hüquqi sənədlər hazırlanır və hazırda aiddiyyəti səviyyələrdə baxılır. Bu iş başa çatandan sonra ipoteka, o cümlədən sosial ipoteka kreditləşməsi davam etdiriləcək", - deyə nazir qeyd edib.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR