Nazir: "Gürcüstan hökuməti dövlət şirkətlərini özəlləşdirməyə çıxaracaq"

Nazir:
  • DÜNYA

Gürcüstan hökuməti milli poçt operatoru olan "Gürcüstan Poçtu” və "Gürcüstan Dəmir Yolları” SC-ni özəlləşdirməyə çıxarmağı planlaşdırır.

"Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia "Bloomberg”ə müsahibəsində bildirib.
Nazir deyib ki, energetika bazarında yaranmış problemlərə görə 2011-ci ildən fəaliyyəti dayandırılmış "Dövlət energetika sistemi”nin də satışı nəzərdə tutulub: "Hazrıkı mərhələdə biz bu şirkətlərin effektivliyini artırmalıyıq ki, onlar alıcılar üçün daha cəlbedici olsun”.
G.Kobulianın sözlərinə görə, dövlət bu obyektlərin satışından on milyonlarla gəlir əldə edəcək, lakin bununla belə hökumət "Gürcüstan dəmir yolları” şirkətində müəyyən həcmdə dövlət payını saxlamaq niyyətindədir: "Dövlət şirkətlərinin satışı iqtisadiyyatın artımını stimullaşdırmalıdır. Hökumətin planına əsasən, 2025-ci ildə ölkədə iqtisadi artım 7 faizə çatmalıdır”. 
 
Aktual.az
Xəbər 248 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR