Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi

Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Aztelekom” MMC-yə yeni baş direktor təyin edib.

Nazirlikdən Aktual.az-a daxil olan xəbərə görə, nazirin əmri ilə Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından "Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, bundan əvvəl "Aztelekom”un baş direktoru "Rabitə işi” ilə bağlı hazırda həbsdə olan Məhəmməd Məmmədov olub.
 
Aktual.az
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR