Nazir: "Azəristiliktəchizat" və "Azəriqaz" borcu yenidən hesablamalıdır"

Nazir:

Energetika naziri Natiq Əliyev "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə borcunun olması və bunu nəticəsində əhalinin istilik enerjisi ilə təminatında yaranan problemə münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, nazir bildirib ki, yaranmış borc yenidən hesablanmalıdır: "Bu, iki subyekt arasında olan mübahisədir. İki qurum borcu hesablamalıdır. Problem sözlə həll edilməməlidir. Bunların uçotu var, təsdiq olunmuş sənədləri var, borc haqqında mühasibat sənədləri mövcuddur. Təkrar edirəm, hər iki qurum bu məsələni özləri həll etməlidir".

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR