Nazir: “Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır”

Nazir: “Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır”

Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı olub.

XİN-dən verilən məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, 2 avqust tarixində Elmar Məmmədyarov və Mövlüd Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlüd Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib. 

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR