Nazir 4 əməkdaşına töhmət verdi

Nazir 4 əməkdaşına töhmət verdi

İqtisadiyyat Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən 2016-cı il ərzində qurumun Aparatında əmək intizamına riayət olunması vəziyyəti üzrə gündəlik monitorinqlər keçirilib və nəticələri nazirliyin rəhbərliyinə təqdim edilib

APA xəbər verir ki, cari ildə nazirliyin əməkdaşları tərəfindən icra intizamı pozuntularına yol verildiyinə görə, Daxili nəzarət şöbəsinin apardığı araşdırmaların nəticələri üzrə müvafiq əmrlə qurumun 4 əməkdaşına töhmət verilib.

Bundan əlavə, həmin əmrlə nazirliyin Aparatının bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə vəzifə, funksiya və səlahiyyətlərin Nazirliyin strukturları və əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsinə, əmək və icra intizamına riayət edilməsinə nəzarətin gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.
 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR