Naxçıvanda seçkilərə start verildi

Naxçıvanda seçkilərə start verildi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərə start verilib.

 Aktual.az AzVision.az-a istinadən  xəbər verir ki, Naxçıvan üzrə seçicilərin sayı 268 min 463 nəfərdir. Bunlardan 137 min 454 nəfəri qadın, 131 min 9 nəfəri isə kişidir. 4 799 nəfəri ilk dəfə səs verən seçicilərdir.

Azərbaycan Milli Məclisinə seçkilərdə Naxçıvan MR-dən 7 seçki dairəsi 29 nəfərin namizədliyi qeydə alınıb. Partiya mənsubiyyətinə gəlincə, 5 nəfəri Yeni Azərbaycan Partiyasının, 16 nəfəri müxalifət partiyalarının, 8 nəfəri isə bitərəf namizədlərdir.

MR Ali Məclisinə seçkilərdə isə 45 seçki dairəsi üzrə 135 namizəd mübarizə aparır. Namizədlərin 44 nəfəri Yeni Azərbaycan Partiyasının, 46 nəfəri müxalifət partiyalarının, 45 nəfəri isə bitərəflərdir.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR