Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb

Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid qızıl boyunbağı tapılıb.

Bu barədə Aktual.az-a AMEA-dan məlumat verilib.
Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu tapıntı bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.
Tədqiqatçılar qızıl boyunbağını Son Eneolit dövrünə aid edirlər. Boyunbağı qədim dövr üçün xarakterik olan çəngəlşəkilli başlıqlı bəzək əşyaları qrupuna daxildir. Ağımtıl sarı rəngli boyunbağının eni 6 millimetr, diametri 18 santimetrdir. 
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR