Naxçıvana təxirə salınan reyslər bərpa olundu

Naxçıvana təxirə salınan reyslər bərpa olundu

İyunun 16-dan etibarən Naxçıvan Muxtar Respublikasında hava şəraitinin küləkli olması səbəbindən təxirə salınan reyslər bərpa olunub.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

P.Kəsəmənskinin sözlərinə görə, Naxçıvanda hava şəraiti uzun müddət yaxşı olmadığı üçün bütün təyyarə reysləri təxirə salınmışdı:
“Bir təyyarə geri qayıtdıqdan sonra digər təyyarələr havaya qalxmadı. Lakin gecə saat 1-dən başlayaraq sərnişinlər Naxçıvana yola salınıb”.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR