NATO: Rusiya qlobal təhlükəsizlik üçün başlıca təhdiddir

NATO: Rusiya qlobal təhlükəsizlik üçün başlıca təhdiddir
  • DÜNYA

Yaxın Şərqdəki qeyri-sabitlik, "inadkar Rusiya", Şimali Koreyanın nüvə fəaliyyəti müasir dünyanın təhlükəsizliyi üçün başlıca təhdidlərdir.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O əlavə edib ki, terrorçuluq qlobal təhlükəsizlik üçün əlavə təhlükədir: "Yaxın Şərqdə və Şimali Afrikadakı qeyri-sabitlik, beynəlxalq sərhədləri pozan inadkar Rusiya, Şimali Koreyanın nüvə fəaliyyəti və qitələrarası ballistik raketlərin inkişaf etdirilməsi fundamental təhdidlərdir. Bundan başqa, terrorçuluq və kiberhücumlar kimi təhlükələr isə sərhəd tanımır və onlar da bizi təhlükəsizliyimizə təhdiddir".
Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR