NATO-nun növbəti sammitinin vaxtı açıqlandı

NATO-nun növbəti sammitinin vaxtı açıqlandı
  • DÜNYA

NATO-nun növbəti zirvə görüşü dekabr ayında Londonda keçiriləcək.

Bu barədə təşkilatın mətbuat xidməti bildirib.
"NATO-nun dövlət və hökumət başçılarının növbəti görüşünü 2019-cu ilin dekabr ayında Londonda keçirmək barədə alyans ölkələri arasında razılıq əldə edildiyini bildirməyə şadam”, – Baş katib Yens Stoltenberq deyib.
Təşkilatın başçısı həmçinin qarşıdakı görüşün NATO ölkələrinin "qarşılaşdığı və qarşılaçacağı təhdidləri, NATO-nun bundan sonra da bir milyarddan çox əhalisinin təhlükəsizliyini təmin etməyin yollarını müzakirə etmək üçün” imkan yaradacağını söyləyib.
Qeyd edək ki, əvvəlki zirvə görüşü ötən ilin iyul ayında Brüseldə keçirilib.(report.az)
Xəbər 287 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR