"NATO gec-tez Rusiyaya qarşı güc tətbiq edəcək" — Ekspert


NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kertis Skaparotti Rusiyanı müharibə ilə hədələyib.

General Kertis Skaparotti bildirib ki, NATO Rusiya ilə müharibəyə hazırdır.

NATO-nun Avropadakı qüvvələrinin komandanı, Rusiyanın aqressiyasının qarşısını almaq üçün Avropadakı ABŞ qüvvələrinin sayının artırılacağını bildirib.

Aktual.az xəbər verir ki, bununla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Əslinə qalsa bu, Rusiya tərəfindən yaradılmış bir problemdir. Rusiya özünü getdikcə rüsvayçı bir duruma salır. Rusiya son zamanlar təkcə bizim regionda deyil, bütün dünyada özünü rüsvay edə-edə gedir. Rüsvayçılıq ona gətirib çıxaracaq ki, ona qarşı güc tətbiq olunacaq. Yeni komandan general Kertis Skarapotti də bunu nəzərdə tutur ki, Rusiya təkcə iqtisadi yöndə deyil, hərbi yöndə də cəzalandırılacaq.

Rusiyanın xarici işlər naziri Lavrov Ermənistana Dağlıq Qarabağ məsələsini həll etmək adı ilə gedib, Türkiyənin Ağrı dağının şəklini çəkib diplomatik şou göstərir. NATO buna çox dözməyəcək. Bəziləri deyir ki, NATO Rusiyadan çəkinir, bu əsla belə deyil. NATO Rusiyadan çəkinsə idi, Türkiyə ötən il noyabr ayının 24-də vurduğu rus hərbi təyyarəsinə görə Rusiyadan üzr istəyərdi. Bu gün biz tamam ayrı mənzərəni görürük. Rusiya rəhbərliyi çaşıb. Onlar artıq elə bir nöqtə qalmayıb ki, orada öz çirkin əməllərini həyata keçirməsinlər. Belə davam edəcəksə, Rusiyaya qarşı güc tətbiq olunacaq və bunu da Avropa komandanlığı özünə bir tapşırıq olaraq bilir, bu istiqmətdə də iş aparır. Burada da günah Rusiya rəhbərliyindədir ki, öz siyasətlərini kobud və yanlış aparırlar. Bu siyasət Rusiyanı ağır zərbə altında qoyacaq. Rusiyanın təriflədiyi nüvə silahı da ona kömək etməyəcək. Nüvə silahının işlədilməsi Rusiyanın özünə qarşı məhvedici nəticələrə gətirib çıxaracaq. Rusiya rəhbərliyi bunu gözəl anlayır".

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR