NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb

NASA asteroidin ətrafına tədqiqat peyki çıxarıb
  • DÜNYA

NASA Bennu asteroidi ətrafına "OSİRİS-Rex (Origins Spectral İnterpretation Resource İdentification Security – Regolith Explorer) tədqiqat peyki çıxarıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, asteroidin diametri 500 metrdir. 
Bəzi hesablamalara görə, Bennu 2182-ci ildə Yer kürəsinə təhlükəli dərəcədə yaxınlaşacaq. Ona görə də 2016-cu ildə bu asteroidi tədqiq etmək məqsədilə adıçəkilən peyk fəzaya buraxılmışdı. İlkin mərhələdə asteroiddən orta hesabla 7 kilometr məsafədə 50 saat ərzində dövrə vuraraq cismin kütləsi və hərəkəti barədə məlumat toplayacaq peyk 2020-ci ilin ortalarında asteroidin üzərinə enərək torpaq nümunəsi götürəcək. Həmin nümunənin 2023-ci ilədək Yer kürəsinə çatdırılması nəzərdə tutulur.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR