Nardarandan son xəbər

Nardarandan son xəbər

Nardaran qəsəbəsinin mərkəzi meydanında polis bölməsi üçün inzibati binanın tikintisi başa çatır.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hazırda binada son tamamlama işləri aparılır.

İş icraçılarının dediyinə görə, inzibati bina bu həftə tam hazır olacaq.


Qeyd edək ki, Nardaran qəsəbəsində polis nəzarəti davam edir. Qəsəbənin giriş-çıxış yollarına polis və Daxili Qoşunların əsgərləri nəzarət edir.

Həmçinin qəsəbədə mərkəzi yolların genişləndirilməsi üçün işlər aparılır, qaz və işıq xətləri yenilənir.

Kənd sakinlərinin bildirdiyinə görə, qəsəbədə axtarış tədbirləri də davam etdirilir.

“Həmçinin yolların genişləndirilməsi üçün bəzi həyətyanı sahələrin bir hissəsi, dükanlar da plana düşüb. Qaz, su və işığa görə evlərdə sayğacların quraşdırılması prosesi də davam edir” deyə, qəsəbə sakini bildirib. 

Aktual.az

Xəbər 8738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR