Nardaranda növbəti əməliyyat - Gizlədilmiş silah-sursat aşkarlandı

Nardaranda növbəti əməliyyat   - Gizlədilmiş silah-sursat aşkarlandı

Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən növbəti əməliyyat keçirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı qəsəbə ərazisində gizlədilmiş silah-sursat aşkar edilib.

Məlumatı Nardaran qəsəbəsindəki 42-ci polis bölməsinə qəsəbə sakini Asif Mehdiyev verib. Məlumat əsasında Sabunçu rayon Polis İdarəsi və 42-ci polis bölməsi əməkdaşları qəsəbənin Tusi küçəsindəki əraziyə baxış zamanı 15 ədəd 9 mm PM markalı tapança patronu və AKM markalı, lüləsi kəsilmiş avtomat aşkar ediblər.

Faktı Sabunçu rayon Polis İdarəsi təsdiqləyərək qeyd edib ki, əməliyyat yanvarın 6-da keçirilib və hələlik faktla bağlı saxlanılan yoxdur.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR