Nardaranda nəzarət gücləndirilir - FOTO

Nardaranda nəzarət gücləndirilir   - FOTO

Səhər saatlarından başlayaraq Nardaran qəsəbəsinin girişinə beton plitələr düzülür.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, məqsəd qəsəbəyə giriş yolun daraldılması və nəzarətin gücləndirilməsidir.

Hazırda qəsəbənin giriş-çıxışına əvvəlki qaydada ciddi nəzarət olunur. Avtomobil və şəxslərin sənədləri yoxlanılır.

Qeyd edək ki, dekabrın 1-də saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR