Nardaranda mərasim keçirilir

Nardaranda mərasim keçirilir

Kərbəlada şəhid olan imamların rəmzi 40 mərasimi münasibətilə Nardaranda mərasim keçirilir.

APA-nın Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir. Qəsəbəyə giriş ancaq Nardaran sakinləri üçün açıqdır. Digər yerlərdən gələnlər isə qəsəbəyə buraxılmırlar.

Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov APA-ya bildirib ki, polis kənd camaatının mərasimə qatılmasına mane olmur: "Biz mərasimimizi keçiririk. Qəsəbəyə kənardan heç kim gəlməyib. Mərasim günorta namazınadək davam edəcək".

Onu da qeyd edək ki, Nardaran qəsəbəsində radikal dini şüarlar, plakatlar və qara bayraqlar dünən yığışdırılıb. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülür.

APA-nın əməkdaşı xəbər verir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib.

Xəbər 500 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR