Nardaranda daha bir məscidin axundu həbs edildi

Nardaranda daha bir məscidin axundu həbs edildi

Nardaran hadisələri ilə bağlı qəsəbədə daha bir məscidin axundu həbs edilib.


Aktual.az Trend-ə istnadən xəbər verir ki, bu barədə Nardaran sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu olduğunu iddia edən Hacı Ataməli Nurdur. O, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlərin sözlərinə görə, hazırda Hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu bildirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Nardaran Cümə məscidi QMİ-də qeydiyyatdan keçib və oranın axundu Hacı Musa Qasımov təyin edilib.

Xəbər 445 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR