Nardaran sakinləri yolu bağladılar -Xüsusi texnika gətirildi

Nardaran sakinləri yolu bağladılar  -Xüsusi texnika gətirildi

Bu gün səhər saat 5 radələrindən etibarən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

APA-nın məlumatına görə, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.

Nardaran ətrafına xüsusi texnika cəlb olunub.

Metronun "Koroğlu" stansiyasında da təhlükəsizlik tədbirləri gücləndirilib, vətəndaşlar polis tərəfindən ciddi şəkildə yoxlanılır.

Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.

 ***

Bu gün səhər saatlarından başlayaraq Nardaran sakinləri Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlayıblar.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçılarının əllərində dəmir armaturlar, daş parçaları var. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR