Nardaran qazla təmin edildi - Rəsmi

Nardaran qazla təmin edildi   - Rəsmi

Dekabrın 12-dən etibarən Nardaran qəsəbəsindəki 500-ə qədər abonentə qaz verilib.


Aktual.az Report-a istinadən xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ. Kərbalayevin sözlərinə görə, qaz verilişi abonentlərlə bağlanmış fərdi müqavilə əsasında mümkün olub:
"Orada bəzi qanunsuz birləşmələr var idi. Həmin birləşmələr təmizləndi və abonentlərin evlərinə texniki baxış keçirildi. Bundan sonra isə onlara qaz verilib. Təmizləmə işləri və texniki baxış davam etdirilir. Bir neçə günə abonentlərimizin bir qismi də qazla təmin olunacaq".

Nardaranda ümumilikdə 1900-dən çox abonent olduğunu deyən "Azəriqaz" sözçüsü bildirib ki, borclu abonentlər mütləq şəkildə borclarını ödəməlidir:
"Borclu abonentlərin borclarının bağışlanmasından söhbət gedə bilməz. Borclu abonentlər üçün akt tərtib edilir və onlar sənədləri imzalayır. Bəziləri borcu yerində ödəyir. Bəzi abonentlərə isə borcları ödəmək üçün müəyyən vaxt verilir".

Qeyd edək ki, noyabrın 28-də Nardaran qəsəbəsində yaşayanların borca görə qazı kəsilmişdi.

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR