"Namizəd olduğum dairədə hər hansı bir qanun pozuntusu qeydə alınmayıb”


"Saat 18:00 olan məlumata görə deputatlığa namizəd olduğum 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən hər hansı bir qanun pozuntusu, maneçilik, müdaxilənin olması ilə bağlı hər hansı bir fakt qeydə alınmayıb.” 

Bu fikirləri Moderator.az - a BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı məlumat verib. Onun sözlərinə görə, Qaradağ rayonunda keçirilən səsvermədə normal şərait davam edir:

”Özüm sübh tezdəndə partıyanın seçki qərargahındayam. Bu dəqiqələrə qədər bir fakt belə daxil olmayıb ki, hansısa qanun pozuntusu olsun. Normal şəkildə seçki proses davam edir. İnsanlar sərbəst şəkildə istədikləri namizədə səs verib gedirlər. Seçki prosesi davam edir.”
Xəbər 638 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR