Naməlum hərbi təyyarələr Suriyanın əl-Bab şəhərinə zərbə endirib

Naməlum hərbi təyyarələr Suriyanın əl-Bab şəhərinə zərbə endirib
  • DÜNYA

Beynəlxalq koalisiyaya məxsus olduğu iddia edilən hərbi təyyarələr bazar ertəsi Suriyanın şimalındakı Əl-Bab şəhərinə raket zərbələri endirib.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Şam FM” radiostansiyası xəbər yayıb.
Bildirilib ki, aviazərbələr əsasən Türkiyəyə meyilli qruplaşmaların nəzarətində olan əl-Bab ətrafındakı kəndlərə endirilib.
Livanın "əl-Mayadeen” telekanalının xəbərinə görə, "naməlum təyyarələr” Hələb şəhərinin şimal-şərq ərazisinə yeddi raket mərmisi atıb.
"Naməlum təyyarələr” Hələbin şimal-şərqindəki neft emalı zavodlarına hücum edib", - televiziya kanalı bildirib.
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR