Muxtar Babayevin yerinə təyinat

Muxtar Babayevin yerinə təyinat

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının iclası keçirilib.

Qurumdan Modern.az-a verilən məlumata görə, iclasda Azərikimya"nın Müşahidə Şurasına yeni sədr təyin olunub. Bu vəzifəyə "Azərikimya" İB-nin icraçı direktorunun müavini İmran Arzumanzadə gətirilib.
İ. Arzumanzadə bu vəzifədə deputat Muxtar Babayevi əvəzləyib. M.Babayev daha öncə ölkə başçısının səsərcamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunub.
 
Aktual.az
Xəbər 559 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR