Musa Pənahov: Müfəttişlərimiz işlə təmin olunacaq

Musa Pənahov:   Müfəttişlərimiz işlə təmin olunacaq

“Qısa zamanda fəsadları aradan qaldırmaq mümkün olacaq”.

Nəqliyyat Nazirliyindən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra bizim müfəttişlərimiz orada işlə təmin olunacaq.

Aktual.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu nəqliyyat nazirinin müaviniMusa Pənahov bildirib.
 
“Sözsüz ki, müfəttişlərin hamısı Nəqliyyat Nazirliyində qalmayacaq. Bizdən alınan səlahiyyətlər aidiyyatı orqanlara veriləndən sonra əməkdaşlarımız orada işlə təmin olunacaq”, - deyə nazir müavini bildirib.
 
M. Pənahov “işsiz qalanlar olacaqmı” sualına bu cür cavab verib: 

“Təbii ki, onların hamısını işlə təmin etmək mümkün deyil. Hesab edirəm ki, işsiz qalanların sayı az olacaq”.
 
M. Pənahovun sözlərinə görə, Bakı Avtovağzal kompleksinin qarşısındakı sürüşmə su sızması nəticəsində baş verib,  belə bir qənaətə mütəxəssislər gəlib.

“Hazırda sürüşmənin yaratdığı fəsadları aradan qaldırmaq üçün müvafiq işlər görülür. Qısa zamanda fəsadları aradan qaldırmaq mümkün olacaq”.
 
Bundan başqa, nazir müavini qeyd edib ki, sürüşmənin baş verməsi həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətinə təsir etməyib.

Aktual.az

Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR