Ömürlük məhbusların ərizələri qəbul edilməyib

Ömürlük məhbusların ərizələri qəbul edilməyib

Bu gün Qaradağ Rayon Məhkəməsində ömürlük məhbuslar - OMON-çu Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun barələrindəki ömürlük cəzasının 20 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilməsi ilə bağlı verdikləri ərizə üzrə məhkəmə prosesi keçirilib.

Aktual.az  Trend-ə istinadən bildirir ki, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə ərizəni icraata qəbul etməyib.

İttihama görə, E.Əmiraslanov Qazax OMON-çu dəstəsinin komandiri, S.Poladov və A.Kazımov isə həmin dəstənin döyüşçüləri olublar. 1996-cı ildə saxlanılan şəxslərə ölüm cəzası verilib. Sonradan ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. 16 dekabr 2016-cı ildə onların cəzalarının 20 ili tamam olur. Onlar ərizələrində 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini istəyirlər.

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR