Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı

Müəllimlərin işə qəbulu üzrə imtahandan 4 nəfər çıxarıldı

Müəllimliyə imtahan verən bəzi şəxslərin nəticələri uğurlu deyil, davranışları seçdikləri peşəyə uyğun gəlmir.

Bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsindən 4 nəfər telefon və elektron əşyalar keçirməsi səbəbindən çıxarılıb.
 
Aktual.az  APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov bildirib ki, telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfərin bu səbəbdən imtahandan çıxarıldığını deyən R.Məmmədov qeyd edib ki, müəllimliyə imtahan verən bəzi şəxlərin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: "Qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır".
 
Aktual.az
Xəbər 249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR