Müəllimlərin işə qəbulu üzrə imtahanda keçid balı aşağı salına bilər

Müəllimlərin işə qəbulu üzrə imtahanda keçid balı aşağı salına bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində müəyyən fənlər üzrə aşağı nəticə göstərilərsə, keçid balı aşağı düşə bilər.

Lent.az xəbər verir ki, bu məlumatı "Təhsil” televiziyasının "Həftənin sualı” verilişində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib.
O məlumat verib ki, suallar xüsusi ekspertlər vasitəsilə hazırlanır: "Hələlik keçid balının 36 olması nəzərdə tutulub. Hər hansı fəndə xüsusi aşağı nəticə göstərilərsə, ballar aşağı salına bilər. Amma bununla bağlı konkret rəyi imtahanlar başa çatandan sonra demək olar”.
 
Aktual.az
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR