Müəllimlər niyə işə qəbul ola bilmir? - VİDEO

Müəllimlər niyə işə qəbul ola bilmir?   - VİDEO

İmtahanda 30 minə yaxın müəllim iştirak etdi. Amma istər redaksiyamıza daxil olan müraciətlərdən, istərsə də sosial şəbəkələrdən aydın olur ki, müəllimlər təqdim olunmuş vakansiyalar dan narazıdırlar və yüksək bal yığsalar belə, vakant yer tapmadıqlarını deyirlər.

Aktual.az xezerxeber.com-a istinadən bildirir ki, istər bölgələrdə, istəsə də Bakıda kifayət qədər bal toplamış namizədlər müəllimlik üçün yer tapa bilmədiklərini deyirlər. İmtahan vermiş müəllimlər bundan narazılıqlarını ifadə edirlər. Təhsil Nazirliyinin insan resursları şöbəsinin direktor müavini isə namizədlərin keçid balını toplamalarının vakant yerə qəbul üçün kifayət etmədiyini bildirir.

Namizədlərin digər narazılıqları isə elan edilmiş vakant yerlərin azlığı ilə əlaqədardır. Qeyd edək ki, seçim üçün 3381 vakant yer göstərilib. Müəllimlər isə məktəblərdə boş yerlərin gizlədildiyini iddia edirlər.

Təhsil Nazirliyinin nümayəndəsi Eşqi Bağırov isə deyir ki, vakansiyalar ın gizlədilməsi ilə bağlı hər hansı müraciət olduqda fakt dərhal araşdırılır və təsdiqini tapdıqda müvafiq tədbirlər görülür. Onun sözlərinə görə, vakansiyalar ın gizlədilməməsi üçün proqram təminatı da var. Vakansiyaların az təyin olunmasında məqsəd isə müəllimlərə kifayət qədər dərs saatının düşməsini təmin etməkdir.

Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR