Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti görüşü cari ilin iyul ayında Gürcüstanda baş tutacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli deyib. Onun sözlərinə görə, növbəti görüş zamanı tərəflər üçtərəfli əməkdaşlığa dair bir sıra vacib məsələləri müzakirə edəcək: “Hazırda növbəti görüşün bəzi detalları üzərində iş gedir. Hesab edirəm ki, bu cür görüşlər hərbi sahədə əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişaf etdirəcək”.