Mübariz Qurbanlı: "Din haqda qanuna dəyişikliklər edilməlidir"

Mübariz Qurbanlı:

Milli Məclis "Dini etiqad azadlığı haqqında" qanuna müxtəlif əlavə və dəyişikliklər etməlidir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus model daha da təkmilləşdirilməlidir: "İmkan verməməliyik ki, kimlərsə din adı altında milli maraqlarımıza, dövlətimizin əsaslarına, milli ideologiyamıza qarşı fəaliyyət göstərə bilsinlər. Bizi birləşdirən azərbaycançılıqdır, bizim milli kimliyimiz var".

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda dini etiqad azadlığı var, dövlət tərəfindən dini icmalara yardımlar göstərilir: "Ona görə də belə olan şəraitdə kimlərinsə din adı altında öz çirkin məqsədlərini həyata keçirməsi yolverilməzdir".

Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR