Müalicə alan 2 neftçi bu gün evə buraxılır

Müalicə alan 2 neftçi bu gün evə buraxılır

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 2 xəstə bu gün evə buraxılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu xəstəxananın baş direktorunun müavini Nadir Mehdiyev deyib. N.Mehdiyev bilidirib ki, qalan xəstələrin vəziyyəti də stabildir.

Hazırda evə buraxılması nəzərdə tutulan neftçilər son həkim müayinəsindən keçirlər. Bunlar Mərcan Abbasov və Ənvər Əliyevdir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR