MTRŞ-dan teleradio işçilərinin peşə bayramı ilə bağlı – Şərh

MTRŞ-dan teleradio işçilərinin peşə bayramı ilə bağlı   – Şərh

“Təəssüf ki, bu gün teleradio sahəsi müəyyən problemlər yaşayır və cəmiyyətdə bu sahə ən çox tənqidə məruz qalanlardandır”.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının monitorinq şöbəsinin sədri Təvəkkül Dadaşov Televiziya və radio işçilərinin peşə bayramı ilə bağlı fikirlərini səsləndirərkən belə deyib. O, bildirib ki, mütəxəssislərin, səlahiyyətlilərin, həmçinin yaradıcı insanların birgə səyi ilə teleradio sahəsi mövcud problemlərini aradan qaldıra və tənələri öz üzərindən ata biləcək: “Təəssüflə qeyd edirik ki, bəzi TV mütəxəssislərimiz bu prosesdə aktiv iştirak etmir, müəyyən korporativ maraqlardan çıxış edirlər. Bu korporativ maraqlar bəzilərinin TV-lərdə tutduqları vəzifələrdən, bəzilərinin isə sadəcə TV-lərlə münasibətləri pozmamaq niyyətindən irəli gəlir”.

Qeyd edək ki, noyabrın 6-sı radio və televiziya işçilərinin peşə bayramıdır.

Aktual.az

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR