​MTRŞ bəzi televiziya və radiolara irad tutdu

​MTRŞ  bəzi televiziya və radiolara irad tutdu

Space", "Xəzər" televiziyalarının, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM radiolarının proqram üzrə məsul şəxsləri dekabrın 7-də Milli Televiziya və Radio Şurasına çağırılıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, MTRŞ-dan verilən məlumata görə, televiziya və radioların nümayəndələrinə dekabrın 6-da Azərbaycanda matəm günü olmasına baxmayaraq efirə reklam verdiklərinə görə irad tutulub, müvafiq tövsiyələr verilib.
Qurumdan bildirilib ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Prezidentinin sərəncamı ilə dekabrın 6-ı ölkə ərazisində matəm günü elan edilib: "Matəm günündə "Space" TV, "Xəzər" TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM tərəfindən "Reklam haqqında" qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb".

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR