MTRŞ 5 şirkətə kabel yayımı üçün lisenziya verdi

MTRŞ 5 şirkətə kabel yayımı üçün lisenziya verdi

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, şuradan verilən məlumata görə, iclasda “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-ninkabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurası tərəfindən “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR