MTN əməliyyat keçirdi - tutulanlar var

MTN əməliyyat keçirdi   - tutulanlar var

Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Xəbər 773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR