MSK Şahin Seyidzadənin mandatdan imtina barədə ərizəsinə baxacaq

MSK Şahin Seyidzadənin mandatdan imtina barədə ərizəsinə baxacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

APA-nin xəbərinə görə, iclasda Şahin Seyidzadənin deputat mandatından imtina barədə ərizəsinə baxılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qo goruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.

Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR