MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqladı

MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqladı

"Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərini izləmək üçün 52 ölkənin vətəndaşları müşahidəçi kimi qeydiyyatdan keçiblər”.

"Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildrib ki, beynəlxalq müşahidəçilərin qeydiyyat prosesi hələ də davam edir.
MSK sədri qeyd edib ki, ölkə üzrə müşahidə aparmaq üçün 1281 müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 277-si öz təşəbbüsü, 783-ü QHT-lərin xətti, 220-i partiyaların təşəbbüsü, 1 nəfər isə xüsusi icazə ilə müşahidəçi qismində qeydiyyatdan keçib. Dairələr üzrə 53 min 900 müşahidəçi qeydiyyatdan keçib. Bunların arasında 12 partiyanın müşahidəçiləri var”.
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR