MSK prezidentliyə üç namizədin vəkillərini qeydə alıb

MSK prezidentliyə üç namizədin vəkillərini qeydə alıb

Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyası, Milli Cəbhə Partiyası və Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədlərinin vəkil edilmiş şəxslərini qeydə alıb.
Aktual.az -ın xəbərinə görə, məsələ barədə komissiyanın katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, MSK-ya təqdim edilən sənədlər araşdırılaraq müəyyən edilib ki, həmin şəxslərin qeydə alınması üçün əsaslar mövcuddur və onlar partiyaların vəkil edilmiş şəxsləri kimi qeydə alına bilərlər.
Beləliklə, Böyük Quruluş Partiyasından 17 nəfər, Milli Cəbhə Partiyasından 15 nəfər, Böyük Azərbaycan Partiyasından isə 50 nəfər vəkil edilmiş şəxs kimi qeydə alınıb.
Məsələ MSK-nın bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq təsdiqlənib.
Qeyd edək ki, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin prezidentliyə namizədliyi qeyd alınıb.



Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR