MSK-nın iclası keçirildi

MSK-nın iclası keçirildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Aktual.az-ın xəbərinə görə, MSK-nın bəzi normativ xarakterli aktlarına dair və bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
Normativ xarakterli aktlara dair dəyişiklik barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O, dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını qeyd edib.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Sonra iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi barədə də MSK katibi Arifə Muxtarova və MSK katibi Mikayıl Rəhimov məlumat verib. 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər, 43saylı Sumqayıt üçüncü, 67 saylı Cəlilabad şəhər seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
 
Aktual.az
Xəbər 698 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR