Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçirilir - FOTO

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçirilir   - FOTO

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VI Forumu keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Forum “AMOR: gənclərin layiqli gələcəyi naminə” adı altında keçirilir.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov, Dövlət Dumasının deputatı Leonid Slutski və digər şəxslər iştirak edirlər.
Forum çərçivəsində AMOR-un hesabat-seçki konfransı keçiriləcək.

Forumda “Azərbaycan və yeni dövrün çağırışları”, “İDEA - bir bir torpaq, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələr təşkil olunacaq.
Forum Azərbaycan və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatacaq.

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR