Moskvada MDB XİN rəhbərləri Şurasının iclası keçiriləcək

Moskvada MDB XİN rəhbərləri Şurasının iclası keçiriləcək

Məmmədyarov iclasda iştirak edəcək.

Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası cümə günü Moskvada keçiriləcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, gündəmdəki məsələlər sırasında birliyin səmərəliliyini artırmaq məsələsi də yer alır.

Bundan başqa, Rusiya XİN rəhbəri Sergey Lazvrov XİNŞ çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

“Nazirlər çoxplanlı əməkdaşlığın inkişafının və MDB çərçivəsində xarici siyasət koordinasiyasının dərinləşdirilməsini müzakirə edəcək, aktual regional və qlobal problemlərə dair fikir mübadiləsi aparacaqlar. Əsas mövzulardan biri birliyin səmərəliliyini artırmaq, müasir çoxtərəfli qarşılıqlı fəaliyyətin inkişafına uyğunlaşdırılması mövzusu olacaq”, - Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Daha öncə Azərbaycan XİN mətbuat katibinin rəhbəri Hikmət Hacıyev, E.Məmmədyarovun MDB ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasında iştirak edəcəyini bildirmişdi.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR