Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts

Moskva terrorundan ABŞ-ın xəbəri var idi - Şolts

Almaniya kansleri Olaf Şolts ölkənin xüsusi xidmət orqanlarının Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumata malik olmadığını bildirib.
Aktual.az xəbər verir ki, o, bu barədə "Märkische Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
"Amma ola bilsin ki, ABŞ kəşfiyyat xidmətlərinin müəyyən məlumatı var idi. Bu cür məlumatlar olduqda digər ölkələri xəbərdar etmək ABŞ hökumətinin siyasətinin bir hissəsidir. Hətta ictimai xəbərdarlıq da etdilər. Bu dəhşətli terror aktının baş verməsi çox təəssüf doğurur”, - Şolts bildirib.
Qeyd edək ki, 7 martda ABŞ öz vətəndaşlarına təhlükəsizlik səbəbindən Rusiyaya getməmək barədə çağırış etmişdi.
22 martda Moskvadakı "Krokus Siti Holl"da baş verən terror aktı nəticəsində son məlumata görə 143 nəfər ölüb.
Xəbər 98 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR