Moskva Milli-Mədəni Muxtariyyəti bəyanat yaydı

Moskva Milli-Mədəni Muxtariyyəti bəyanat yaydı

Moskva Milli-Mədəni Muxtariyyəti ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı silahlı hücumu pisləyən bəyanat yayıb.
Bu barədə Aktual.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Bəyanatda Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və səfirliyimizin iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq duyduqları qeyd olunub, qanlı hadisənin arxasında İran xüsusi xidmət orqanlarının dayandığına diqqət çəkilib.
Soydaşlarımız yerli və beynəlxalq ictimaiyyəti regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması üçün əməli addımlar atmağa çağırıb.


Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR