Moskva metrosunda şübhəli çanta tapıldı - Qatar depoya göndərildi

Moskva metrosunda şübhəli çanta tapıldı - Qatar depoya göndərildi

Moskvanın cənub-şərqində xəttdə olan elektrik qatarında şübhəli çanta aşkar edildiyindən dərhal depoya göndərilib.

Aktual.az Trend-ə stinadən xəbər verir ki, bu barədə paytaxtın Fövqəladə Xidmət əməkdaşı məlumat verib.

Xidmətin əməkdaşının sözlərinə görə, şübhəli çanta "Lyublino" stansiyasında "Qolıtsino-Podols" elektrik qatarının üçüncü vaqonunda aşkar edilib: "Qatar yoxlanılmaq üşün depoya göndərilib. 80 nəfər təxliyə edilib".

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
 
Aktual.az
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR